“ASAN xidmət” 2 gün işləməyəcək

23.09.2015 12:30     Sosreaksiya     1863

Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri 24-25 sentyabrda fəaliyyət göstərməyəcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

 

Şərhlər