Ərdoğan dünyaya Tolstoyun sözüylə səsləndi - "Həyatda ən mühüm olan yaxşılıqdır" - VİDEO

23.09.2015 15:39     Sosreaksiya     2731

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 ildə bərpa edilən 111 illik Moskva Mərkəzi Məscidinin açılışını Rusiya prezidenti Vladimir Putinlə birlikdə keçirib.

Reaksiya.az xəbər verir ki, 1904-cü ildə açılan Moskva Mərkəzi Məscidinin Tatar iş adamı Saleh Erzin tərəfindən təxminən yeddi il əvvəl başlanan quruculuq və böyütmə işləri başa çatıb və rəsmi açılışı bu gün Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fələstin Dövlət Başçısı Mahmud Abbas və bir neçə liderin iştirakı ilə həyata keçirilib.

AÇILIŞ BU AYƏ ilə BAŞLADI

Açılış ilk olaraq Qurani-Kərim tilavətiylə başladı. Tövbə surəsinin bu ayələri oxundu: "Allahın məscidlərini yalnız Allaha və axirət gününə inanan, namazı düz qılan, zəkat verən və Allahdan başqasından qorxmayan şəxslər abad edər. Məhz onlar doğru yolu tapa bilənlərdən olmaları umulur. (Tövbə 18)”

Açılış mərasimində Prezident Ərdoğan çıxış edib:

“Hamınızı məhəbbətlə salamlayıram. Moskva Mərkəzi Məscidinin açılışı münasibətilə sizlərlə olmağın məmnunluğunu xüsusilə ifadə etmək istəyirəm. Diyanət İşləri başqanımızın və Türkiyə Diyanət Vəqfinin töhfəsi millətimiz üçün bir xoşbəxtlik əsəridir. Məscidimizdə ediləcək ibadətlərin, edilən duaların Allah yanında məqbul olmasını arzulayıram. Moskva Mərkəzi  Məscidinin bu gün ehtiyac duyduğumuz sülhə töhfə verməsini Allahdan arzu edirəm. Fərqli inanc və kökə malik müxtəlif insanların eyni yerdə yaşamasına Rusiya əhəmiyyətli bir nümunədir. Biz bu gözəl mənzərə qarşısında məmnunluğumuzu dilə gətirərkən, təəssüf ki, dünyanın bəzi yerlərində əksinə görüntülər olur. İsrailin Fələstində apardığı ayrı-seçkilik siyasətləri, Qüdsdəki Məscid-i Aksaya hücum təhlükəli bir nöqtəyə gətirildi. Məhz Suriya, İraq, Misir, Liviya, Yəmən kimi yaxın ətrafımızla bu ərazilərdən qaçan insanların yönəldiyi Avropa sərhədində bütün bəşəriyyətin sönük görünməsi lazım olan həzin mənzərələr yaşanır”.

TOLSTOYUN SÖZLƏRİ ilə DÜNYAYA SƏSLƏNDİ

“İnancları, kökləri və bölgələrinin xaricində insanların haqlarından məhrum edilməsinə görə kədərliyik. Aralıq və Egey dənizlərində ölən, əlil olan zərər görən bəşəriyyətin vicdanı, bəşəriyyətin ta özüdür. Mən bu münasibətlə Avropa ölkələri başda olmaq üzrə, bütün dünyaya Tolstoyun bu gözəl mesajını çatdırmaq istəyirəm ki, Həyatda ən mühüm olan yaxşılıqdır. Tolstoy başqa bir hekayəsində də xoş niyyətlə yandırılan odun, o evlə birlikdə bütün kəndi də yox edəcəyini deyir. Regionumuzda baş verən hadisələrə də bu prizmadan baxmalıyıq. Yaxın şərqdə yaşayan atəşi yaxşılıqla ədalətlə vicdanla söndürməyə çalışmalıyıq. Məhz buna görə sərhədlərimizə gələn 2 milyon qaçqını heç tərəddüd etmədən qəbul etdik. Bu insanlara 4 ildir hər cür xidmət edirik. Qaçqın probleminin həlli sərhədləri bağlamaqdan, dənizlərdə boğulmasını izləməkdən deyil, ölkələrini onlar üçün yenidən yaşanan hala çevirməkdən keçir. Türkiyə tarix boyu müxtəlif inanclardan olan insanların tolerantlıq içində bir arada yaşadığı ölkə olub. İstanbul başda olmaqla bir çox şəhərimizdə məscidlərlə kilsələri, sinaqoqları yan-yana görmək mümkündür. Bu hisslərlə açılışını etdiyimiz Moskva Mərkəzi Məscidinin Rusiyadakı Müsəlman icmalarına, İslam aləminə xeyirli olmasını arzulayıram. İstehsalındakı himayələrə görə əziz dostum cənab Putinə xüsusilə təşəkkür edirəm. Bu münasibətlə sabah idrak edəcəyimiz mübarək Qurban bayramınızı ən qəlbi duyğularımla təbrik edirəm".

20 əsrin əvvəllərində Tatar memarı nümunəsini əks etdirən Mərkəzi Məscidi Sovet İttifaqı zamanında Moskvada fəaliyyət göstərən yeganə məscid olub.

Üç ibadət salonu və dəstəmaz alma otaqlarından ibarət olan məscidin sahəsi 20 dəfə artıb və artıq 10 min nəfəri qarşılayacaq gücə gətirilib.

LAYİHƏNİN DƏYƏRİ 170 MİLYON DOLLAR

Memarlar 111 illik məscidin klassik dekorasiyanı və inkişaf etmiş texniki təchizatını tək bir layihədə birləşdirməyə nail olublar. Binada havanın təmizliyi üçün lazımi avadanlıq, kondisionerlər, 7 lift, konfrans zalı, mühafizə edilməsi üçün monitorlar var.

Altı mərtəbəli məsciddə qoca və əlillər üçün altı ədəd lift var. 46 metr hündürlükdəki özünəməxsus günbəz 27 metr diametrindədir.

170 milyon dollara başa gələn məscidin baş sponsorluğunu iş adamı Süleyman Kərimov edib.

MEHRAB VƏ MİNBƏR TÜRKİYƏDƏN

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Moskvadakı səfirliyinin Din Xidmətləri müşaviri Dr. Dursun Aygün bu sözləri deyib:

"Məscidin tikintisi təxminən 7 il əvvəl başlanıb, amma son 1,5-2 ildir ki, göstərilən böyük səylə məscidin tamamlanıb. Bu məscidin mehrab, minbər, kürsü, xalça və digər əşyalarını Diyanət İşləri başqanımız və Türkiyə Diyanət Fondunun töhfələri ilə tamamlanmış oldu. Ümid edirəm ki, bu məscid iki ölkə əlaqələrinə müsbət töhfə verəcək".

Şərhlər