Azərbaycan və Fransa birgə universitet yaradacaqlar

24.09.2015 01:36     Sosreaksiya     1557

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın əsas məqsədlərindən biri Bakıda birgə universitetin yaradılmasıdır.

Reaksiya.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Fransanın ölkəmizdəki səfiri Paskal Mönye "Business France" agentliyinin "Invest in France" həftəsi çərçivəsində təşkil etdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Fransada bu məsələ ilə Strasburq Universiteti, Azərbaycanda isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) məşğuldur.

Şərhlər