Türkiyədə polis və terrorçular arasında atışma - 3 yaralı
24.09.2015 03:53 Sosreaksiya 1631

Türkiyənin Bingöl vilayətində PKK terror təşkilatının silahlıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən atışma nəticəsində 2 polis və 1 mülki şəxs yaralanıb.
Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bingöl-Elazığ yolunun Kurudere kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata əsasən, terrorçular yolu bağlamağa cəhd edib. Polisin "təslim olun" çağırışına terrorçular atəşlə cavab veriblər. Silahlı insident nəticəsində 2 polis əməkdaşı və 1 mülki şəxs yaralanıb.
Bingöl Dövlət Xəstəxanasına çatdırılan yaralıların vəziyyətlərinin kafi olduğu bildirilir.
Şərhlər