Tələbələri daşıyan avtobus aşıb - 30-dan çox yaralı

24.09.2015 05:26     Sosreaksiya     1702

Meksikanın Miçoakan ştatında baş verən yol qəzası nəticəsində azı 30 tələbə xəsarət alıb.

Reaksiya.az-ın verdiyi məlumata görə, sərnişin avtobusu Urupan və Karapan şəhərlərini birləşdirən yolda aşıb.

İlkin versiyaya əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub. Bunun nəticəsində sürücü idarəetməni itirib və avtobus sıldırımdan aşağı yuvarlanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir. 

Şərhlər