Dar ağacında dik durmadığı üçün asılmadı

24.09.2015 05:48     Sosreaksiya     1349

Pakistan belindən aşağısı iflic olan məhkumun edam edilməməsi xəbərindən danışır.
 
Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, yeriyə bilməyən və əlil arabasında gəzdirilən Abdul Basit dar ağacına çıxarılarkən ayaqda dura bilmədiyi üçün edam edilməyib.
 
Bu məsələnin mütəxəssisləri edam ediləcək şəxsin dar ağacında dik durmasının ən önəmli şərt olduğunu deyiblər. 43 yaşlı Basitin vəkili həbsxana işçilərinin onu necə edam edəcəklərinə qərar verə bilmədiyi üçün edamdan vaz keçdiklərini deyiblər.
 
Qeyde edək ki, Abdul Basit 6 il əvvəl həbsə düşüb və xəstələndiyi üçün iflic vəziyyətində qalıb. İnsan haqları quruluşları xəstə bir adamın asılmasının zalım bir iş olduğunu açıqlayıblar. Pakistanın insan haqları quruluşları Basitin əfv edilməsini tələb edib.
 

Şərhlər