İki günlük körpəsini körpüdən aşağı atdı

24.09.2015 10:36     Sosreaksiya     2173

İstanbulun Beşiktaş bölgəsində bir ata iki günlük körpəsini körpüdən aşağı ataraq öldürüb.

Reaksiya.az xəbər verir ki, əsəb böhranı keçirən atanın bu dəhşətli hadisəni doğuş zamanı həyat yoldaşının iflic olmasından sonra törətdiyi məlum olub.

İddiaya görə, iki uşaq atası Seyfi E.Nin həyat yoldaşı Hülya E. iki gün əvvəl xəstəxanaların birində dünyaya övlad gətirib. Hülya E. doğuş zamanı iflic olduğuna görə əri Seyfi Ə. depressiyaya düşüb.

Bərbər olduğu öyrənilən Seyfi E. dünən xəstəxanadan çıxan arvadını və uşağını evə aparıb. Həyat yoldaşı yuxuda olan zaman yanındakı iki günlük qızını götürərək maşını ilə Palangalar küçəsinə gəlib. Həyat yoldaşının iflic omasında yeni doğulan körpəsini günahkar bilən ata qızını  Boğaziçi Körpüsünün təxminən 15 metr yüksəkliyindən Beşiktaş yoluna atıb.

Yolda körpəni görənlərin xəbər verməsindən sonra hadisə yerinə gələn tibbi briqada müayinə zamanı uşağın öldüyünü müəyyən edib. Həmin vaxt körpüdə duran ata Seyfi E. ruhi sarsıntı keçirib. Huşunu itirən ata təcili yardımla xəstəxanaya aparılıb.

Körpəni yolda görərək təcili tibbi yardıma xəbər verən Ferda Altaylar hadisə barədə bunları deyib: “Körpünü keçdim, Beşiktaşa doğru gələrkən yolda bir körpə gördüm. Əvvəlcə oyuncaq gəlincik zənn etdim, ancaq bir az gedəndən sonra geri qayıtdım. Yerdə qan var idi, baxdım ki, körpədir. Burada bir uşaq olduğunu ehtimal etmədim, amma həqiqi insan imiş. Yuxarıda da huşunu itirmiş bir adam var idi, amma kim olduğunu bilmirəm”.

Körpənin cəsədi təcili tibbi yardım maşınıyla morqa aparılıb.

 

Şərhlər