Moskvadaki Mərkəzi Məscid sentyabrda açılacaq
13.06.2015 15:58 Sosreaksiya 2260

Moskvada olan tarixi Mərkəz Məscidi yenidən nə zaman xidmətə açılacağı tarix açıqlanıb. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin, təmirdən çıxan məscidin 23 sentyabr 2015 – ci il tarixində fəaliyyətə başlamasının gözlənildiyini açıqlayıb. Agentliklərin verdikləri xəbərlərə görə, "Rusiya-İslam dünyası" adlı konfransda danışan müfti, Moskva Mərkəz Məscidinin 23 sentyabr 2015 – ci il tarixində xidmətə açılacağı, rəsmi açılışın isə 20-25 May 2016 – cı il tarixlərində planlandığı məlumatını verib. Mərkəzi məscidinin 100 il boyunca qapılarını bağlamadığına diqqət çəkən din adamı ateist dövründə belə İslam dünyasının kilid ölkələrinin liderləri buraya gəliblər. Məscid, yeni forması ilə də bu diplomatik missiyasını yerinə yetirməyə davam edəcək" - deyib.
Şərhlər