Sabah hava yağmursuz keçəcək

24.09.2015 12:52     Sosreaksiya     1938

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq. 

Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.  

Şərhlər