Göyçayda 40 yaşlı kişi intihar edib

25.09.2015 01:39     Sosreaksiya     1761

Göyçayda intihar hadisəsi baş verib.

APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qaraməryəm kənd sakini 1975-cı il təvəllüdlü Həşimov Rəhman Əvəz oğlu yaşadığı evin həyətində ağacdan özünü asıb. Hadisə ötən gün 23.30 radələrində baş verib. 

Məlumata görə, R.Həşimov iki övlad atası olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə əlaqədar Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Şərhlər