Qadın problemləri üzrə ekspertdən çağırış

13.06.2015 16:54     Sosreaksiya     2118

 
Mehriban Zeynalova: “Tovuzda baş verən hadisə ciddi araşdırılmalıdır”

Tovuz rayonunun Bozalqanlı kəndində baş verən intihar hadisəsi cəmiyyətdə birmənalı qarşılanmadı. 1997-ci il təvəllüdlü Aytən Nəzərova toy gecəsi gəlin getdiyi evdən qaçaraq, səhər saatlarına qədər şəhərin naməlum ərazilərində gizlənib. Səhər saat 9 radələrində Tovuz rayonunun mərkəzi bazarının yaxınlığında yerləşən, təxminən 10-12m hündürlüyündə dəmir yolu xəttinin üzərində yerləşən körpüdən özünü ataraq intihar edib. Mərhum aldığı ağr xəsarətlərlə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qızın ölüm səbəblərini araşdırarkən məlum olub ki, o bir ay əvvəl Amin Qaısmov tərəfindən qaçırılıb, iyunun 10-da isə ailələrin barışığı ilə toy olub. Lakin toyun səhəri günü qayınana Şəhri Qasımova A.Nəzərovanın valideynlərini çağırıb ki, guya qız bakirə olmayıb. Lakin Aytənin cəsədi üzərində müayinə aparan həkimlər isə əksini deyib, qız intihar anında da bakirə olub. Faktla bağlı prokurorluq araşdırma başlayıb.

Məsələ ilə bağlı Reaksiya.Az-a danışan qadın problemləri üzrə ekspert, “Təmzi dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu, çox dəhşətli hadisədir: “Baş verən hadisə insanların məlumatsızlığının nə həddə olduğunun göstəricisidir. Burda iki aspekt var. Ya oğlan öz cinsi zəifliyini gizlətmək üçün qızı günahlandırıb, ya qızın bakirəlik pərdəsi elastik olduğundan, baş verən ənənəvi hadisə olmayıb. Lakin ola bilər ki,  tibbi məlumatsızlıq üzündən insanlar dərhal qıza qarşı itithamlarla hücum ediblər və nəticədə bu intihar hadisəsi baş verib. Hədisələrin gedişatı, qızın dəhşətli psixoloji travma alması, affekt vəziyyətində olması və yanında dəstək verəcək kimsənin olmaması rotaya intihar amilini çıxarıb. Fiziki zorkaılıq olubsa, bunu məhkəmə-tibbi ekspertizası müəyyən edə bilər”.

Eskpert əminlikə vurğulayıb ki, burada mənəvi zorakılıq faktı olub və hadisə laızmınca araşdırılmalıdır.

M.Zeynalova əlavə edib ki, Azərbaycan qadınlara qarşı ayrı-seçkiliyin ləğvi ilə bağlı konvensiyaya qoşulub və ratifikasiya edib: “Həmin konvensiyada da deyilir ki, ölkələr köhnə mövhumatçılıq və stereotilərin aradan qaldırılması ilə bağlı kifayət qədər tədbirlər həyata keçirməlidir. Bildiyiniz ki, Azərbaycanda qanunvericilik aktlarında bir sıra dəyişikliklər var ki, onlar məhz köhnə adətlərin və mövhumatçılığın aradan qaldırılmasında xüsusi təsirə malikdir. Lakin təəssüf ki, bu kimi hallar hər hansı formada təzimlənmir və vaxtaşırı olaraq, belə zorkaılıq halları görürük. İlk növbədə şüurlarda dəyişiklik olmalı və münasibət dəyişilməlidir. Qanunlar sərtləşdirilir, lakin bəzi məsələlərin hüquq çərçivəsinə slaınması üçün ictimai şüurun da dəyişməsinə ehtiyac var”.

Şərhlər

Çox oxunanlar