Daha bir həmyerlimiz Həccdə öldü

26.09.2015 02:55     Sosreaksiya     1775

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlarından daha birisi dünyasını dəyişib.

Qafqaz Müsəlmanları İdarəsindən  bildiriblər ki, ölən zəvvar Kəklik Aslanovadır.

K.Aslanova günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Aslanova Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır. Bundan öncə 1954-cü il təvəllüdlü Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra ürək tutmasından dünyasını dəyişmişdi.

Şərhlər