Yaşayış binasında yanğın - 3 nəfər təxliyə edildi
26.09.2015 03:23 Sosreaksiya 1626

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər