Məşhur aktrisa xəstəxanalıq oldu

26.09.2015 09:29     Sosreaksiya     2021

Türkiyənin məşhur aktrisası Yağmur Tanrısevsin xəstəxanaya yerləşdirilib.

Reaksiya.az xəbər verir ki, “Günəşi gözləyərkən” serialı ilə məşhurlaşan, yeni mövsümdə "May kraliçası" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Yağmur Tanrısevsin bayramın ilk günü xəstəxanaya aparılıb.

Millət Liv Xəstəxanasında müalicə altına alınan məşhur aktrisanın böyrək daşı olduğu öyrənilib.

Sancıları artan Tanrısevsin səhərin erkən saatlarında təcili əməliyyata alınıb. Əməliyyatı uğurlu keçən və sağlamlıq vəziyyəti yaxşı olan aktrisa bir gün xəstəxanada qalıb.

Hospitaldakı müalicəsindən sonra dünən xəstəxanadan çıxan aktrisa evinə gedərək istirahətə başlayıb.

Şərhlər