İntihar etmək istəyən əlili polis öldürdü - VİDEO

26.09.2015 11:24     Sosreaksiya     2039

ABŞ-ın Delaware ştatındakı Wilmington şəhərində polis əlil arabasındakı gənci gülləliyib.

Reaksiya.az xəbər verir ki, 19 yaşlı Jeremy McDole hadisə yerində həyatını itirib.

Gəncin polis tərəfindən öldürülməsi reaksiyaya səbəb olub.

Polis bölməsindən Mcdolenin ətrafdakılara silah tuşladığı deyilir.

Gəncin ailəsi isə polisdən şikayətçi olduğunu bildirib: "Oğlum depressiyada idi, şahidlər də onun silahı başqalarına deyil, özünə doğruldaraq intihara təşəbbüs etdiyini deyib. Onu öldürmələri tamamilə bir edamdır".

Şərhlər