Bakıda avtomobilləri qarət edən iki xalaoğlu tutuldu
26.09.2015 11:57 Sosreaksiya 2032

Bakıda avtomobilləri qarət edən qrup üzvləri tutulub.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Suraxanı rayon Polis İdarəsi yayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 15-dən çox avtomobili qarət etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1961-ci il təvəllüdlü Ramiz Rəhmət oğlu Cavadov və onun xalası oğlu, 1987-ci il təvəllüdlü Təbriz Qələndər oğlu Həsənov tutulublar.
Hazırda polis tutulan şəxslərin digər cinayətlərinin olub-olmadığını araşdırır.
Şərhlər