Milli Parkda intihar faktı qeydə alındı

26.09.2015 12:37     Sosreaksiya     2050

Bakıda bir nəfər Milli Parkda intihara cəhd edib.

reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilib.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər