Əvəz Qurbanlı maraqlı təkliflə çıxış etdi

26.09.2015 14:23     Sosreaksiya     1859

“Yapon məktəbindən çəkilmiş bir şəkildə çox ibrətamiz metoddan istifadə edilir: partaya qoyulmuş süni maneə şagirdlərin yazı yazarkən qarşı tərəfə çox əyilməsinə imkan vermir və bununla da onların onurğa sütununun düzgün inkişafı təmin edilir. Azərbaycanda da bu üsuldan istifadə edilərsə, çox sevindirici olar. Beləliklə, sağlam gələcəyimizi formalaşdırmaq üçün çox önəmli bir addım atmış olarıq”.

Reaksiya.az xəbər verir ki, bu fikri tanınmış şair və jurnalist Əvəz Qurbanlı bildirib.

O, bu təkliflə bağlı Milli Məclisə, Təhsil Nazirliyinə və mövzu ilə əlaqədar digər səlahiyyətli qurumlara müraciət edib.

Jurnalist, həmçinin bu mövzuda ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Qlobal yeniliklərin, inkişaf edən texnologiyaların müasir insanı daha çox oturaq işə vadar etdiyi bir dövrdə bel-onurğa xəstəliklərinin kəskin artması bütün dünyada olduğu kimi, Azərbaycanda da qabarıq şəkildə hiss edilir. Bu fəlakətin qarşısını almaq üçün indidən tədbirlər görməliyik ki, sonra bədəlini ağır şəkildə ödəməyək”.

Şərhlər