Baloğlan Əşrəfov ağır yol qəzası keçirtdi
26.09.2015 15:05 Sosreaksiya 3159

Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı hadisənin şahidləri verib.
Baloğlan Əşrəfovun özü də informasiyanı təsdiq edib: “Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq”.
Şərhlər