Kür çayında 13 yaşlı uşağın meyiti tapıldı

28.09.2015 11:20     Sosreaksiya     1990

Dörd gün əvvəl Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu il sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə batmış 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb.

T.Əhmədlinin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 10 km aralıda, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:48-də başa çatıb.

Şərhlər