Su kollektoruna düşən əlil xəstəxanada öldü

28.09.2015 12:44     Sosreaksiya     2056

Salyan rayonunda su kollektoruna düşən şəxs dünyasını dəyişib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü 2-ci qrup əlil Bəhruz Əsədov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Qeyd edək ki, B. Əsədov bu gün səhər saatlarında rayonun Qızılağac kəndində su kollektoruna yıxılıb. B.Əsədovun  boğulduğunu görən ətrafdakı şəxslər onu xilas ediblər.

Şərhlər