Qatar 77 yaşlı Lənkəran sakinini vurdu

28.09.2015 16:56     Sosreaksiya     2581

Lənkəranda qatar piyadanı vurub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 28-də saat 15.30 radələrində Osmanlı-Astara dəmir yolunun 150-ci kilometrliyində, yolun Lənkəran rayonunun Göyuşaban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük qatarı yolu keçmək istəyən Lənkəran şəhər sakini, 1938-ci il təvəllüdlü Qiyas Mustafa oğlu Ağayevi vurub. Q. Ağayev hadisə yerində ölüb.

Faktla bağlı rayonunun hüquq mühafizə orqanlarında araşdırma aparılır. 

Şərhlər