Qətlə yetirilən azərbaycanlı idmançının qatili tutuldu
28.09.2015 17:33 Sosreaksiya 1958

Bir neçə gün əvvəl Rusiyada qətlə yetirilən azərbaycanlı idmançının qatili tutulub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki,bu barədə mərhumun yaxın qohumu, hüquqşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Sibay şəhərində bıçaqlanaraq öldürülən peşəkar karate ustası, 42 yaşlı Ceyhun Qəhrəmanovun meyiti Azərbaycana gətirilib, Bakının Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.
S. Vəkilov C. Qəhrəmanovun qatilinin artıq tutulduğunu deyib: “Bizə verilən məlumata görə, onu qətlə yetirən Özbəkistan vətəndaşı saxlanılıb”.
Qeyd edək ki, Rusiya Federasiyasının Sibay şəhərində bizneslə məşğul olan C. Qəhrəmanov sentyabrın 25-də bıçaqlanıb. O, ürəyindən aldığı bıçaq xəsarətindən ölüb.
Şərhlər