Bakıdan Naxçıvana uçan təyyarə geri qaytarıldı - HƏYƏCAN

13.06.2015 23:18     Sosreaksiya     2005

 2015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
 
“Azərbaycan Hava Yolları “QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.
 
Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.
 
Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq.

Şərhlər