Toy yasa çevrildi - 28 ölü

29.09.2015 05:41     Sosreaksiya     1753

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Associated Press” agentliyində yer alıb.
 
Səudiyyə Ərəbistanı rəhbərliyi altında qurulan və tez-tez qanunları pozmaqla gündəmə gələn Ərəb Koalisiyası Yəmənin paytaxtı Sanada bir toya hava hücumu təşkil edib. Nəticədə 28 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
 
Xəbərə əsasən, ölkənin cənub-qərbindəki Bab əl-Məndəb boğazı yaxınlarındakı əl-Vahga kəndinə təşkil olunan hücumda əsas hədəf Husi döyüşçüləri olub. Adını vermək istəməyən hökumət rəsmisi hücumun “səhv” olduğunu bildirib.
 
Səudiyyə Ərəbistanı rəhbərliyi altında olan və ABŞ-ın dəstək verdiyi koalisiyanın mart ayından bəri təşkil etdiyi hücumlarda 2 min 100 nəfər həyatını itirib.
 
Qeyd edək ki, bu rəqəmlər BMT tərəfindən açıqlanıb. 

Şərhlər