Suriyada döyüşən azərbaycanlıların məhkəməsi başladı
29.09.2015 11:47 Sosreaksiya 1953

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Telman Bəkirov və Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-ya istinadən xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin olunub.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda və döyüşməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Bəkirov Telman Əvəz oğlu və Tahirov Mübariz Əmən oğlu şübhəli şəxs qismində tutulub.
Şərhlər