Azərbaycanlı zəvvar Məkkədə dəfn olundu
29.09.2015 13:49 Sosreaksiya 1988

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar Əzizağa Şirinov Məkkədə dəfn olunub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarları müşahidə edən nümayəndəliyindən verilib.
1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğlu ötən gün günvurmadan dünyasını dəyişib.
Qeyd edək ki, Həcc ziyarəti zamanı daha iki azərbaycanlı dünyasını dəyişib.
Şərhlər