Boşanmaq istəyən qadın küçənin ortasında öldürüldü - VİDEO

29.09.2015 17:53     Sosreaksiya     2090

Antalyada xüsusi bir məktəbdə çalışdığı öyrənilən 1 uşaq anası Əminə T. bir müddətdir ayrı yaşadığı əri tərəfindən küçənin ortasında ov tüfəngilə öldürülüb.

Reaksiya.az xəbər verir ki, hadisə saat 08.30 radələrində Muratpaşa rayonunun Güzeloba məhəlləsində, 2176 nömrəli küçədə baş verib.

Əminə T. səhər saatlarında evdən çörək almaq üçün dükana gedib. Dükandan çörək aldıqdan sonra geri qayıdan Əminə T.-nin qarşısına bir müddətdir ayrı yaşadığı əri A.T. çıxıb. A.T.

O, avtomobilində olan ov tüfəngilə Əminə T.-yə 2 dəfə atəş açıb. Qanlar içində yerdə qalan qadın üçün ətrafdakılar dərhal səhiyyə və polis dəstələrinə xəbər verib. Qısa müddətdə hadisə yerinə gələn 112 səhiyyə dəstələri Əminə T.-nin öldüyünü müəyyən edib.

Şübhəli A.T. isə hadisə yerindən avtomobili ilə qaçıb. Hadisə yerinə gələn qadının bacısı Nurgül C. göz yaşlarına boğulub.

Hadisə yerinin araşdırmasından sonar Əminə T.-nin cənazəsi Antalya Adlı Tibb Təşkilatının meyitxanasına aparılıb.

Polis hadisəylə bağlı istintaqa başlayıb.

Şərhlər