Yasamal "nurçuları" pul istəyir - Apellyasiya şikayəti

30.09.2015 11:40     Sosreaksiya     1894

Azərbaycanda nurçuluğu təbliğ etməkdə şübhəli bilinərək ölkədən deportasiya olunan Türkiyə vətəndaşları və cərimə olunan Azərbavcan vətəndaşları barələrində olan məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, onlarla bağlı apellyasiya şikayəti məhkəməyə təqdim olunub. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılacaq. Məlumata görə, Türkiyə vətəndaşları olan Sunkur Nurulla və Şenol Mikdat apellyasiya şikayətində məhkəmə qərarın ləğv olunmasını xahiş ediblər. Onlar hər birinə 17 min manat təzminat ödənilməsini də istəyiblər.

Azərbaycan vətəndaşı olan Zəkəriyyə Məmmədov, Səyavuş Bəkirov, Fəxrəddin Xanlayev, Samir Ağayev və Lətif Rəhimov isə apellyasiya şikayətlərində barələrində olan məhkəmə qərarının ıəğv olunmasını, hər birinə isə 11 min manat təzminat ödənilməsini istəyiblər.

Qeyd edək ki, sentyabrın 21-də Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonun 85 nəfərin saxlanması barədə məlum yayıb. Məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşları Sunkur Nurulla və Şenol Miktat hər biri İnzibati Xətalar Məcəlləsinin 300.04-cü (dini etiqad azadlığı haqqında qanunu pozma) maddəsinə əsasən,  2 min manat məbləğində cərimələnib. Məhkəmə onların ölkədən deportasiya olunmaları barədə də qərar qəbul edib və qərar icra olunub. Bundan əlavə, 5 nəfər Azərbaycan vətəndaşı - Zəkəriyyə Məmmədov, Səyavuş Bəkirov, Fəxrəddin Xanlayev, Samir Ağayev və Lətif Rəhimovun hər birinə 1500 manat məbləğində cərimə təyin edilib.

Şərhlər