Müdafiə Nazirliyi başsağlığı verdi

30.09.2015 12:21     Sosreaksiya     1792

Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi general-leytenant Ziya Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Başsağlığında deyilir: 

"Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun illər təhlükəsizlik sahəsində böyük xidmətləri olmuş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir".

Şərhlər