Bu gün onların bayramıdır

30.09.2015 12:33     Sosreaksiya     2142

Tarixdə bu gün çox məsuliyyətli bir peşənin sahibi olan tərcüməçilərin peşə bayramıdır.

Reaksiya.az xəbər verir ki, 1991-ci ildən hər sentyabr ayının 30-u Beynəlxalq Tərcüməçilər Günü kimi qeyd edilir. Tərcüməçilər Günü Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) təşəbbüsü ilə təsis edilib.

FİT-in məhz bu günü tərcüməçilər günü seçməsi heç də təsadüfü olmayıb. Belə ki, 30 sentyabr xristian dininin müqəddəs kitabı sayılan “İncil”i ilk dəfə latın dilinə tərcümə edən İeronim Stridonskinin vəfat etdiyi gündür. Tərcüməçilərin hamisi hesab olunan Müqəddəs İoronim 420-ci ildə vəfat edib.

Müqəddəs İoronim 386-cı ildəm Vifleymdə məskunlaşaraq uzun illər “İncil”in latın dilinə tərcüməsi ilə məşğul olub. Trident kilsəsi tərəfindən düz 11 əsrdən sonra İoronimun tərcüməsini rəsmi şəkildə elan edib. İeronium, həmçinin  “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının yaradıcısıdır.

Bir çox şəhərləri səyahət etmiş zəngin intellektə malik olam İeronium hələ gənc yaşlarında müqəddəs Qüdsü ziyarət edib. Ömrünün son illərini isə tərkidünya olaraq dərviş həyatı yaşayıb.

İeronium qeydlərində yazırdı ki, səhrada yaşadığı illər ərzində bir neçə dəfə şeypur səsləri eşidib. Və həmin şeypur səsləri isə Qiyamət gününün çatmasına bir işarədir. Bu sözlərinə görə onun rəsmini canlandıran Avropa rəssamları İeroniumu başının üzərindəki şeypur çalan mələkləri dinləyən dindar,  hücrədə əyləşmiş yazı yazan alim formalarında  təsvir ediblər.

Şərhlər