Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

14.06.2015 14:07     Sosreaksiya     1735

İyunun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var.
 
Mülayim şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-22, gündüz 26-31 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-22 dərəcə isti olacaq.
 
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcətyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.
 
Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. 

Şərhlər

Çox oxunanlar