Rəcəb Tayyib - Əminə Ərdoğan cütünün acı günü - VİDEO

30.09.2015 13:58     Sosreaksiya     2788

Türkiyə Prezidenti Ərdoğanın xanımı Əminə Ərdoğanın əmisi Əziz Gülbaran vəfat edib.

Reaksiya.az xəbər verir ki, Ərdoğan cütü acı xəbəri alan kimi İstanbula gəlib. Saat 22.30-da Ankaradan təyyarə ilə İstanbula gələn Prezident Ərdoğanla xanımı Əminə Ərdoğan Atatürk Hava Limanından Əziz Gülbaranın Esenyurtdakı evinə gedib.

Evdə təxminən 50 dəqiqə qalan Ərdoğan Gülbaranın yaxınlarına başsağlığı verib. Ərdoğan cütünün evə gəldiyini öyrənən çox sayda vətəndaş da evin qarşısında toplaşıb.

Vətəndaşlar Prezident Ərdoğana başsağlığı veriblər.

Başsağlığından sonra Ərdoğan cütü Kısıklıdakı evlərinə gedib.

Əziz Gülbaran üçün Fatih Məscidində günorta namazının ardınca cənazə mərasimi keçiriləcəyi və Prezident Ərdoğanın da cənazə namazına qatılacağı öyrənilib.

Şərhlər