Azərbaycanı təmsil edən ən fəal deputat bəlli oldu

30.09.2015 15:39     Sosreaksiya     1982

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri arasında dördüncü çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.

Reaksiya.az xəbər verir ki, jurnalistlərin 4 nominasiya (“Plenar iclaslarda ən fəal deputat”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Səsvermənin nəticələrinə görə millət vəkili Azay Quliyev “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qaliblərindən biri olub. 

Şərhlər