Xoşqədəm Hidayətqızının verilişi bağlandı
30.09.2015 17:10 Sosreaksiya 2586
Bu gün Milli Teleradio Şurasının növbəti iclası keçirilir.
Reaksiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda davam edən və əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib.
Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan “Axtarıram səni" verilişi ilə bağlı olub. MTRŞ ANS-dən yayımlanan bu verilişin bağlanmasına qərar verib.
İclasın nəticələri barədə əlavə məlumatlar verəcəyik.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ANS-də iki veriliş aparır. "Sən tək deyilsən" verilişi hər gün, "Axtarıram səni" isə həftədə bir dəfə yayımlanır.
Şərhlər