Rektor tələbələrlə görüşdü

30.09.2015 17:56     Sosreaksiya     1934

Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi şöbəsinə bu il qəbul olan 146 tələbə rektor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla görüşüb.

ADAU-nun mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə görüş dioloq formasında keçib. Əvvəlcə universitetin rektoru, professor İbrahim Cəfərov təhsil müəssisəsi barədə qiyabiçi tələbələrə geniş məlumat verib.

Bildirib ki, Aqrar Universitet tək Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınan təhsil müəssisədir və burda yaradılan şərait dünya təhsil standartlarına tam cavab verir: "Önəmli olan odur ki, indi universitetdə 4 tələbəyə bir kompyuter düşür. Kifayət qədər texniki imkanlara, informasisiya-kommunikasiya vasitələrinə malik təhsil müəssisəsində şəfaflığa ciddi əməl edilir. Qiyabiçilərlə görüş də məhz bu məqsədlə keçirilir”.

Görüş zamanı tələbələrə deyilib ki, həftə sonuna test sualları paylanacaq və tələbələr imtahanlara hazırlaşmaq üçün unuversitetin elektron kitabxanasından istifadə edə biləcəklər.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, yataqxanaya ehtiyacı olanlar yerlə təmin edilib və təhsildə yüksək nəticə əldə etmələri üçün tövsiyyələr verilib.

Şərhlər