PKK-nın zorla qaçırdığı 17 yaşlı uşağın etirafı

30.09.2015 18:05     Sosreaksiya     2021

Şırnakın Beytüşşebap rayonunda PKK tərəfindən qaçırılan 17 yaşlı İ.T. ailəsinin Suriyada tanış olduğu bir qaçaqçıya ödədiyi pulla Türkiyəyə qayıtmağı  bacarıb.

Reaksiya.az xəbər verir ki, Ərzurumda saxlanılan PKK-lı uşaq belə bir etiraf edib: "Dağa ailəmin və özümün öldürülmək təhdidi ilə qaçdım, ancaq imkan tapıb ordan qaçdım".

Suriyanın Derik düşərgəsində terror təşkilatı PKK rəhbərlərindən Bahoz Ərdal kod adlı Fehman Hüseynin rəhbərlik etdiyi düşərgədə silahlı keşik çəkərkən qaçmağı bacaran 17 yaşlı İ.T. 28 avqust 2015-ci ildə gəldiyi Ərzurumda polisin apardığı kimlik nəzarətində yaxalanıb. Onun haqqında 15 ilə qədər həbs cəzası istənib.

17 yaşlı İ.T. təxminən 5 ay qaldığı separatçı terror təşkilatı PKK-nın düşərgəsindən günlərdir qaçmağı planlaşdırdığını deyib:

“Təşkilat üzvləri 2013-cü ildə “Bir oğlunuz təşkilatdan ayrılıb, onunu yerinə bir oğlunuzu verəcəksiniz” deyərək ölüm təhdidi ilə təşkilatın dağ heyətinə 2015-ci ilin aprel ayında aparılmışam. Adlarını bilmədiyim təşkilat üzvləri tərəfindən Türkiyə sərhədini keçib PKK-nın Derik düşərgəsinə çatdım. Bu düşərgəni Suriya əsilli Bahoz Ərdal kod adlı Fehman Hüseyn idarə edirdi. Bu düşərgədə təxminən 5 ay müddət içində qaldım. Hərbi təhsilimi başa vurduqdan sonra növbə tutan zaman qaçmaq haqda düşündüm. Səhərin alatoranlığında qaçmağı bacardım. Suriyanın Kamışlı qəsəbəsinə gələrək burada ailəmin də böyük töhfəsi ilə tanış olduğumuz və qaçaqmalçılıq ilə məşğul olan Suriya əsilli bir qaçaqmalçı tərəfindən pul qarşılığı ilə Türkiyəyə giriş etdim. Mən təşkilatın heç bir silahlı əməliyyatında iştirak etmədim. Öz istəyimlə qərar verərək ölkəmə qaçdım. İndi dövlətimizin şəfqətli əllərində olduğum üçün xoşbəxtəm".

Ərzurum Polis İdarəsinin Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanan 17 yaşlı İ.T. haqqında cinayət işi açılıb.

Şərhlər