Məşhur jurnalist döyülərək xəstəxanalıq oldu

01.10.2015 04:45     Sosreaksiya     1749

Türkiyənin tanınmış jurnalisti Əhməd Hakan bu gecə hücuma məruz qalıb. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, işdən qayıdaraq İstanbulun Nişantaşı məhəlləsindəki evinə gedən Hakan avtomobildən düşdükdən sonra arxadan gələn 4 nəfər tərəfindən döyülüb. Hücum zamanı xəsarət alan Əhməd Hakan sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Həyati təhlükəsi olmayan Hakanın müalicəsi “Amerikan” xəstəxanasında davam edir. 
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir. 
Hadisəni törədənlərin şəxsiyyəti naməlum olsa da, jurnalistin bir gün əvvəl sosial şəbəkədə hədələndiyi bildirilir. 

Jurnalist Hilal Kaplan öz twitter səhifəsində Əhməd Hakanın Türkiyənin keçmiş media maqnatlarından olan Cem Uzan tərəfindən hədələndiyini, bunun üstündən 1 sutka keçmədən hücuma məruz qaldığını qeyd edib. 

Əhməd Hakan “CNN Türk” kanalında “Tərəfsiz bölgə” proqramının aparıcısıdır və bu kanalın mənsub olduğu media qrupuna aid “Hürriyet” qəzetində köşə yazarıdır. 

Şərhlər