Daha bir ana doğuş zamanı dünyasını dəyişdi

01.10.2015 11:10     Sosreaksiya     1962

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında gənc qadın doğuş zamanı ölüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, rayonun Alar kənd sakini, 20 yaşlı Xoşbəxt Fikrət qızı Həsənova ötən gün axşam saatlarında xəstəxananın doğum şöbəsinə qəbul olunub.

Doğuş zamanı körpə qeysəriyyə əməliyyatı yolu ilə ana bətnindən götürülüb. Əməliyyatdan 4 saat sonra gənc qadın ölüb. Yeni dünyaya gələn qızın vəziyyəti isə normaldır.

İlkin versiya kimi, ananın böyrəklərində problem olması bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər