Rektor tələbə yataqxanasında qonaq oldu

01.10.2015 13:57     Sosreaksiya     1717

Xəbər verildiyi kimi, bu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin əsaslı şəkildə yenidən bərpa edilmiş, müasir tələblərə cavab verən yataqxanası tələləbələrin ixtiyarına verilib.

ADAU-nun mətbuat xidmətindən Reaksiya.az-a bildiriblər ki, dünən dərsdən sonra universitetin rektoru İbrahim Cəfərov struktur rəhbərləri ilə bərabər tələbə yataqxanasında olub.

Görüş zamanı rektor İ.Cəfərov Qurban bayramı ərəfəsində xaricdə elmi səfərdə olduğuna görə tələbələrlə görüşə bilmədiyindən narahat olduğunu bildirib. Və elə məhz bu məqsədlə də tələbə yataqxanasına qonaq gəldiyini açıqlayıb. Rektor onu da vurğulayıb ki, bu kimi görüşlər, dəyirmi masa arxasına toplaşaraq edilən səmimi söhbətlər tələbə-rektor münasibətlərinin güclənməsində mühüm rol oynayır. Bu zaman təhsil məsələri ilə yanaşı sosial yaşam qayğıları da müzakirə edilir və ortaya çıxan problemlər yerindəcə həllini tapır. Tələbələr daimi keçirilən bu görüşlərdə sərbəst olur və bütün problemlərini dilə gətirirlər. Təbii ki, səmimi söhbətlər onları həm də cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmağa səfərbər edir. Eyni zamanda, bu cür görüşlər tələbəyə stimul verir, tələbələr məsuliyyət hiss edirlər.

Görüşdə tələbələrin qayğıları ilə maraqlanan rektor, həmçinin onları maraqlandıran, narahat edən bütün sualları da cavablandırıb.

Görüşün sonunda yataqxanada yaşayan tələbələrə bayram sovqatları paylanılıb.

Şərhlər