Bakı-Sumqayıt şossesində tıxac olacaq - Yeni piyada keçidi tikilir
01.10.2015 14:17 Sosreaksiya 2374
Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.
Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.
Şərhlər