“7 avtomobil qisas məqsədilə yandırılıb” - Polis idarəsi - VİDEO

01.10.2015 14:49     Sosreaksiya     2009

Ötən gecə Moskvanın Cənub dairəsində təşkilatlatdan birinə məxsus olan dayanacaqda naməlum şəxslər benzin tökərək "Ford" markalı 6 mikroavtobusu və "ZİL" markalı 1 yük maşınını yandırıblar.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin Moskva üzrə idarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov yanğının qisas məqsədilə törədildiyini bildirib.

Hazırda olayla bağlı cinayət işi açılıb.

Hadisədə ölən və yaralanan olmayıb. 

Şərhlər