"Biz Xoşqədəmin adını çəkməmişik" - MTRŞ

01.10.2015 16:33     Sosreaksiya     1742

"ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da bilməyəsən".

Reaksiya.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Onun fikirincə, belə yol seçənlər özləri də danışıq və davranışlarına diqqət etməlidirlər:

"Hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr yaxşı olardı. Məsələn, Mirşahin Ağayev anspress.com saytına açıqlamasında belə deyib: “Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa... Məhz Xoşqədəm xanımla”. İndi bu, sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? "Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox.

Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mirşahin yəqin ki, yaxşı bilir. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək müəyyən bir xarakterin göstəricisidir".

Şərhlər