Şəmkirdə qatar Sumqayıt sakinini vurub

02.10.2015 02:15     Sosreaksiya     1834

Şəmkirdə bədbəxt hadisə baş verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Razim oğlu Namazov dəmir yol xəttini keçmək istəyərkən qatar onu vurub. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sağ qolu amputasiya edilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər