Kollecə silahlı hücum - 15 ölü, 20 yaralı

02.10.2015 02:39     Sosreaksiya     1843

ABŞ-ın Oreqon ştatında kolleclərin birinə təşkil olunan silahlı hücumda 15 nəfərin öldüyü, 20- dən çox insanın isə yaralandığı bildirilir.

Reaksiya.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Rozberq şəhəri yaxınlığında yerləşən təxminən 3 min tələbənin təhsil aldığı məktəbdə səhər saatlarında baş verən hücumda 15 nəfər həyatını itirib. Ölənlərin hamısının tələbə olub olmadığı isə hələ açıqlanmayıb. Hücumda yaralanan şəxslərdən bəzilərinin xəstəxanada həyatını itirdiyi qeyd olunub.

Yerli təhlükəsizlik qüvvələri bölgədə yaşayanları məktəbdən kənar durmağa çağırıb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

Şərhlər