Respublika stadionunda insident baş verib
02.10.2015 03:16 Sosreaksiya 1730
Bu gün UEFA Avropa Liqasının II turu çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Anderlext" oyunundan sonra insident baş verib.
Reaksiya.az xəbər verir ki, matçdan sonra "Anderlext" futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.
Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.
Şərhlər