ABŞ təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

02.10.2015 06:18     Sosreaksiya     1601

Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.    

Bundan əvvəl qəza nəticəsində 5 mülki əməkdaş və 5 ABŞ hərbçisinin öldüyü bildirilmişdi.  

ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Brayan Tribus təyyarə qəzaya uğrayan an  hadisə yerində olan iki Əfqanıstan vətəndaşının da öldüyünü bildirib.  

Qəzanın  səbəbləri hələlik məlum deyil. İlkin məlumata görə, təyyarə vurulmayıb. 

Şərhlər