Facebooka video profili gəlir

02.10.2015 09:45     Sosreaksiya     2342

Smartfon (ağıllı) telefonları vasitəsi ilə Facebookdan istifadə edənlər üçün sabit profil rəsmi yerinə video profil xüsusiyyəti dövrəyə girəcək.

Reaksiya.az xəbər verir ki, bu haqda Facebookun internet saytında açıqlama verilib.

İstifadəçilər profil rəsmi yerinə yerləşdirilən qısa video materiallarla özlərini tanıda biləcəklər.

Facebookun yeni xüsusiyyətləri qlobal miqyasda bazara daxil olmazdan öncə İngiltərə və ABŞ-ın Kaliforniya ştatında test ediləcək.

Şərhlər