MTRŞ-dan daha bir açıqlama

02.10.2015 11:36     Sosreaksiya     1881

“Dünəndən etibarən dövlət büdcəsindən maliyyələşən telekanallar 37-ci tezlikdə, özəl telekanallar isə 48-ci tezlikdə yayımlanmağa başlayıb”.

Reaksiya.az xəbər verir ki,bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

O, bildirib ki, əvvəllər ümumrespublika yayımçılarının hamısı 37-ci tezlikdə yayımlanıb: “"CBC sport" telekanalına lisenziya veriləndən sonra ümumrespublika yayımçılarının sayı 12 oldu. "CBC sport" HD formatda yayım aparacaq idi. Ona görə də keyfiyyət nəzərə alınaraq ümumrespublika yayımçıları iki tezlikdə yayımlanır”.

T. Məmmədov qeyd edib ki, bu addım keyfiyyətin daha da artmasına gətirib çıxaracaq: “Artıq telekanallar daha da keyfiyyətli yayımlanacaq. Tamaşaçılar sistemdə axtarış verib telekanalları bərpa edə bilərlər”.

Şərhlər