Nikaha daxil olmaq istəyənlərə arayış verilir

02.10.2015 12:50     Sosreaksiya     1936

Əhaliyə göstərilən hüquqi xidmətinin səmərəliliyinin artırılması məqsədilə Səadət Sarayında (Bakı nikah evində) tibbi müayinələrin həyata keçirilməsini və müvafiq arayışların 5 iş günü müddətində verilməsi işi təşkil edilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.

O bildirib ki, bu xidmətdən yalnız Bakı şəhərində nikaha daxil olmaq istəyən şəxslər həftənin I, III, IV, V, VI günləri yararlana bilərlər.

A. Ağazadə qeyd edib ki, nikaha daxil olmaq üçün qeydiyyat orqanlarına müraciət edən şəxslər müvafiq tibbi müayinədən keçmələri üçün Səadət sarayında (Bakı nikah evində) təşkil edilən xidmətdən istifadə edə bilərlər.

Bu proses Respublika Diaqnostika Mərkəzi ilə birgə təşkil edilib.

Şərhlər